Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 39520 (+280) canlı qüvvəsi, 1722 (+14) tankı, 3942 (+13) zirehli döyüş maşını, 869 (+5) artilleriya sistemi, 255 (+2) reaktiv yaylım atəşi sistemi, 113 havadan müdafiə sistemi, 221 hərbi təyyarəsi, 188 helikopteri, 714 dronu, 170 (+3) qanadlı raketi, 15 gəmi/kateri, 2823 (+3) avtomobil texnikası və yanacaq çəni və 73 (+1) xüsusi texnikası məhv edilib.
Məlumata görə, Rusiya qoşunları ötən gün ən böyük itkisini Kramatorsk istiqamətində verib.
Follow @7timesaz