Dünya

Ukraynadan şok zərbə: Rusiyanın 35 milyon dollarlıq qırıcısı vuruldu – FOTO

Ukraynadan şok zərbə: Rusiyanın 35 milyon dollarlıq qırıcısı vuruldu – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ordusu Rusiyanın ən yeni nəsil Su-57 qırıcısının yerləşdiyi hərbi bazanı vurub.

 

7Times.az -ın məlumatına görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat İdarəsi məlumat yayıb.

 

İdarə hücumun necə həyata keçirildiyi barədə məlumat açıqlamayıb.

 

Rusiyalı müharibə blogerləri məlumatın doğru olduğunu və hücumun pilotsuz uçuş aparatları ilə həyata keçirildiyini təsdiqləyiblər.

 

Su-57 qırıcısı Ukraynadakı cəbhə xəttindən 589 km aralıda olan Axtubinsk aerodromunda vurulub. Qurum vurulan bazanın peyk görüntülərini də yayıb.

 

Rusiya ordusuna yaxın “Fighterbomber” hazırda təyyarənin təmir oluna biləcəyini öyrənmək üçün dəymiş ziyanın qiymətləndirildiyini bildirib.

 

Qeyd edək ki, Rusiya Su-57 qırıcısını beşinci nəsil bombardmançı kimi təqdim edir. Moskva rəsmiləri bildirir ki, təyyarənin kütləvi istehsalına 2022-ci ildə başlanılıb. Müxtəlif döyüş vəzifələrini yerinə yetirməyə qadir olan ağır döyüş təyyarəsi Rusiya ordusunun arsenalına daxil edilib. Təyyarənin dəyəri 35 milyon dollardan çoxdur.

 

1355841

Modern.az