Dünya

Ukraynadan taxıl daşıyan daha 5 gəmi yola çıxdı

Ukraynadan taxıl daşıyan daha 5 gəmi yola çıxdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna limanlarından kənd təsərrüfatı məhsulları daşıyan daha 5 gəmi yola düşüb.

 

7Times.az  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, gəmilərdən 3-ü Çernomorsk, digər 2-si isə Yujnıy limanlarından yola çıxıb.

 

Məlumatda qeyd olunub ki, İstanbulda yerləşən Birgə Koordinasiya Mərkəzinin marşrutunu izlədiyi gəmilər Rumıniya, Türkiyə, Cibuti, Cənubi Koreyaya buğda və qarğıdalı daşıyır.