“Taxıl sazişi”nin sona çatmasından sonra kənd təsərrüfatı məhsulları daşıyan ilk quru yük gəmisi Bosfor boğazına daxil olub.
“Report” xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Avqustun 16-da Rusiyanın xüsusi hərbi əməliyyatı başlamazdan əvvəl Odessa limanını tərk edən Honq-Konq bayrağı altında “Joseph Schulte” konteyner gəmisi artıq Bosfor boğazına daxil olub. Quru yük gəmisi “Taxıl sazişi”nin dayandırılmasından sonra boğaza daxil olan ilk kənd təsərrüfatı məhsulları gəmisi olub.
Konteyner gəmisi Türkiyənin İstanbul yaxınlığındakı “Ambarlı” limanına daxil olub.
Qeyd edək ki, avqustun 10-da Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri Çernomorsk, Odessa və Cənub limanlarına gedən və ya oradan çıxan ticarət gəmiləri üçün Qara dənizdə “müvəqqəti dəhlizlər” elan edib. Eyni zamanda, Kiyev xəbərdarlıq edib ki, gəmilər üçün mina və hərbi təhlükə qalmaqdadır.
Follow @7timesaz