Hərbi

Ukraynalı deputat müharibədə həlak oldu – FOTO

Ukraynalı deputat müharibədə həlak oldu – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyev Şəhər Şurasının Avropa Həmrəyliyi Partiyasından olan deputatı Sergey İlnitski cəbhədə həlak olub.

“AzPolitika.info” xəbər verir ki, bu barədə partiyanın qurucusu, sabiq Ukrayna Prezidenti Petro Poroşenko məlumat yayıb.

“Hamımız üçün böyük itkidir. Kiyev Şəhər Şurasının AB-dən olan deputatı Sergey İlnitski vəfat edib. O, 2014-cü ildən bizim Ukraynamız, Donbasımız üçün döyüşürdü. O, Donbassda, Kurdyumovka yaxınlığında həlak olub”, – deyə Poroşenko bildirib.

Qeyd edək ki, Sergey İlnitski hərbi əməliyyatların ilk günlərindən könüllü şəkildə müharibəyə yollanmışdı.