Hərbi

Ukraynalı əsirlərə dəhşətli işgəncələr verilib – 10 minə yaxın insan Rusiya həbsxanalarında qalır

Ukraynalı əsirlərə dəhşətli işgəncələr verilib – 10 minə yaxın insan Rusiya həbsxanalarında qalırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hərbçiləri tərəfindən Taqanroqdakı istintaq təcridxanasında saxlanılmış onlarla ukraynalı hərbi əsirlər BBC radiosuna müsahibə verib. Onlar bildiriblər ki, gündəlik yoxlamalar və dindirmələr zamanı həbsxana əməkdaşları tərəfindən döyülüb, bədənlərinə elektrik cərəyanı verilib, saxta etiraflara məcbur ediliblər.

İşgəncə zamanı xəsarət alanlara lazımi tibbi yardım göstərilməyib. Həmçinin məhbuslar kifayət qədər qidalanmayıb. İşgəncə və intihara cəhd nəticəsində azı üç ölüm faktı məlumdur. Müharibə əsirlərinə bu cür münasibət, habelə onların istintaq təcridxanasında saxlanması faktının özü beynəlxalq humanitar hüququ pozur.

BBC qeyd edir ki, o, müharibə əsirlərinin hekayələrini müstəqil şəkildə yoxlaya bilməyib: “Rusiya hakimiyyəti BMT və Qırmızı Xaç da daxil olmaqla kənar müşahidəçiləri Taqanroqdakı istintaq təcridxanasına buraxmır. Rusiya Müdafiə Nazirliyi isə sorğulara məhəl qoymayıb”.

Eyni zamanda, BBC həmsöhbətlərinin dedikləri digər hərbi əsirlər tərəfindən də təsdiqlənib. Həmçinin, Ukraynanın İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinetsin sözlərinə görə, keçmiş hər on məhbusdan doqquzu Rusiya əsirliyindəki işgəncələrdən danışır.

Oxşar rəqəmləri BMT-nin mülki şəxslərin saxlanması ilə bağlı iyun hesabatında da qeyd edilib. Rusiya əsirliyində olan respondentlərin 90%-dən çoxu işgəncə və pis rəftardan danışıb.

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri əsirlərin mübadiləsi zamanı 2500-dən çox ukraynalı azad edilib. Hüquq müdafiəçiləri bildirirlər ki, daha on minə yaxın insan Rusiya əsirliyində qalır.