“Zenit” futbolçusu Yaroslav Rakitski ilə müqaviləni ləğv edib.
Offsideplus.az xarici mətbuata istinadən xəbər verir ki, Santk- Peterburq təmsilçisi 32 yaşlı ukraynalı müdafiəçinin şəxsi “instaqram” hesabında “Müharibəyə yox!” paylaşımından sonra bu addımı atıb. Lakin Rusiya klubu bu barədə heç bir açıqlama verməyib.
Qeyd edək ki, karyerası ərzində daha çox “Şaxtyor”da ( Donetsk ) çıxış edən futbolçu 2019-cu ildən “Zenit”in şərəfini qoruyurdu.
Follow @7timesaz