Dəniz piyadası, ukraynalı hərbçi Vitaliy Skakun Ukraynanın şimalında Rusiya qüvvələrinin hücümunu ləngitmək məqsədilə körpünü dağıtmaq üçün könüllü olaraq özünü partladıb. Bu haqqda məlumatı Ukrayna Müdafiə Nazirliyi yayıb, Skakun milli qəhrəman elan olunub.
Mühəndis Vitali Volodimoroviç Skakun körpünü partlatmaq məqsədi ilə minalar düzdükdən sonra, oradan çıxmaq üçün zamanı qalmadığından körpü ilə birgə özünü partlatmaq qərarına gəlir.
Follow @7timesaz