Dünya

Ukraynalı hərbçilərin Böyük Britaniyadakı təlimləri davam edir – FOTO

Ukraynalı hərbçilərin Böyük Britaniyadakı təlimləri davam edir – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın Ukraynaya “Challenger-2” tankı göndərmək qərarından sonra ukraynalı hərbçilərə təlim keçməyə başlayıb.

7Times.az  xəbər verir ki, Britaniya Müdafiə Nazirliyindən verilən açıqlamada ölkənin cənub-qərbində Ukrayna əsgərlərinin təlimlərinin davam etdiyi bildirilib.

“Birləşmiş Krallıq tərəfindən “Challenger-2” çərçivəsində Ukrayna əsgərlərinə verilən təlim tam sürətlə davam edir. Britaniya Ukraynanın müdafiəsini dəstəkləmək üçün 14 tank və sursat göndərməyi öhdəsinə götürüb”- deyə, açıqlamada bildirilir.

Qeyd edək ki, Ukrayna hərbçilərinin təlimlərini izləyən Böyük Britaniyanın müdafiə naziri Ben Uelles bildirib ki, “Challenger-2” tanklarında təlim keçən ukraynalı əsgərlərlə görüşmək ruhlandırıcıdır: “Onların ölkələrinin azadlığı üçün uğur qazanmaq əzmi Rusiyaya güclü mesaj verir. Ukraynalılar mübarizəni davam etdirəcəklər. Biz Ukraynanı dəstəkləmək üçün lazım olanı təmin etməyə davam edəcəyik”.