Dünya

Ukraynalı hərbçini öldürmək istəyən erməni saxlanıldı

Ukraynalı hərbçini öldürmək istəyən erməni saxlanıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Federal Prokurorluğu Rusiya xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən üç nəfərə – ukraynalı, erməni və rusiyalı şəxslərə qarşı casusluq ittihamı irəli sürüb.

7Times.az xəbər verir ki, bu barədə “Tagesschau” nəşri məlumat yayıb.

Məlumata görə, erməni əsilli şəxsə 2024-cü ilin mayında Almaniyada yaşayan və keçmişdə Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşmüş bir şəxsi izləmək tapşırılıb. O, bu əməliyyata iki köməkçi cəlb edib. Şübhəlilər Frankfurt şəhərində hədəfi izləməyə çalışıblar.

Lakin əməliyyatla bağlı məlumat alan polis hər üç şəxsi saxlayıb.

Axar.az