İdman

Ukraynalı hücumçu İspaniya nəhənginə keçir – SON DURUM

Ukraynalı hücumçu İspaniya nəhənginə keçir – SON DURUMbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Jirona”nın hücumçusu Artyom Dovbik karyerasını İspaniya nəhəngində davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki,  “Realmadridexclusivo” yayıb.

Xəbərə görə, “Real Madrid”in prezidenti Florentino Peres şənbə günü “Jirona”ya qarşı keçirəcəkləri matçda ukraynalı forvardın çıxışını diqqətlə izləməyi planlaşdırır. Mənbə “Kral klubu”nun 26 yaşlı Artyomun sərgilədiyi oyundan məmnun qaldığını və cari mövsümün sonunda onu rənglərinə bağlamağı hədəflədiyini vurğulayıb.

Bu mövsüm La Liqada 21 matça çıxan Dovbik 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, hazırda La Liqanın turnir cədvəlinə 58 xalı olan “Real” başçılıq edir. 56 xala malik “Jirona” 2-ci pillədə mövqe tutub.