Ukraynalı tanınmış müğənni Olya Polyakova övladı ilə birlikdə Şri-Lankada istirahət edir.
AZXEBER.COM Ukrayna mediasına istinadən xəbər verir ki, istirahət zamanı müğənninin kiçik qızı Alisa döş qəfəsində ağrılar olduğundan şikayətlənib.
Müğənni bu haqda deyib: “Bu simptom çox güman ki, narahatlıqla əlaqəli idi. Bu, fevralın 16-da baş verdi və fevralın 24-də Ukraynada müharibə başladı. Görünür, qız onu hiss edib. Biz Fevralın 16-da Şri-Lankaya gəldik. Ən kiçik uşağım Alisa isə biz gedəndə dedi ki, sinəm ağrıyır. Ana, mənim təxminim var. Gəlin buradan getməyək, Şri-Lankada qalaq”, – deyə Polyakova “Ulduz yolu” verilişində deyib.
Polyakova hazırda xaricdə olduğunu, həyat yoldaşı Vadimin də ölkəni müdafiə etmək üçün müharibəyə getdiyini qeyd edib.
Follow @7timesaz