Aktual

Ukraynalı musiqiçi qəlpə yarası aldı – Fotolar

Ukraynalı musiqiçi qəlpə yarası aldı – Fotolarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynalı musiqiçi, “Boombox” qrupunun vokalisti Andriy Xlivnyuk Ukraynada atışma zamanı yaralanıb.

 

 

Axşam.az xəbər verir ki, bu barədə o, instaqram hesabında foto paylaşaraq bildirib. Şəkildə Andriyin gözünün altından qəlpə yarası aldığı görünür. Kiçik əməliyyat keçirən musiqiçinin həyatı təhlükəsi yoxdur.

“Rusiyadan olan dinləyicilərim üçün. Bunlar döyüşdüyünüz nasistlərdir” – deyə, o, yazıb.

Qeyd edək ki, Andriy daha əvvəl də Ukraynadakı vəziyyətlə bağlı paylaşım edərək rusiyalı hərbçilərə silahlarını yerə qoymağı və Rusiyaya geri dönməyi məsləhət görüb