Dünya

Ukraynalı pilotlar F-16-dan istifadəni öyrənmək üçün ABŞ-dadır

Ukraynalı pilotlar F-16-dan istifadəni öyrənmək üçün ABŞ-dadırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2 ukraynalı pilot ilk dəfə F-16-lar da daxil olmaqla, döyüş təyyarələrində bacarıqlarını qiymətləndirmək üçün ABŞ-a səfər edib.

 

7Times.az  xəbər verir ki, bu barədə NBC məlumat yayıb.

 

Bildirilib ki, pilotlar Arizona ştatının Tukson şəhərində təlim keçirlər və bu ay onlara daha 10 həmkarı qoşula bilər.

 

Rəsmilər deyirlər ki, təlim proqramının məqsədi pilotların bacarıqlarını artırmaq, eləcə də daha geniş təlim proqramlarının nə qədər vaxt apara biləcəyini hesablamaqdır.

 

Qeyd edək ki, bunun tezliklə baş verəcəyi ilə bağlı müxtəlif açıqlamalar olsa da, hələlik Ukraynaya qırıcıların tədarükü barədə rəsmi məlumat yoxdur.