Ukraynalı pilotların F-16 qırıcılarında təlimi ləngiyir. Ağ Ev hələ də Avropa hökumətlərinin yekun təlim planını təqdim etmələrini gözləyir.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “CNN” nəşri ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
Məlumatda qeyd olunur ki, plan olmadan ABŞ Administrasiyası F-16 üçün lazımi material və avadanlıqların, o cümlədən simulyatorlar və təlim vasitələrinin ötürülməsini təsdiqləyə bilməz. Həmçinin, müvafiq təlim planı təsdiqlənməyincə, Pentaqon amerikalı pilotların ukraynalı pilotlara təlimlərdə köməklik göstərməsi barədə yekun qərar verə bilməz.
Eyni zamanda, hansı ölkələrin Ukraynanı F-16-larla təmin edəcəyi məsələsi də həllini tapmayıb.
Follow @7timesaz