İdman

Ukraynalı ulduz “Mançester Siti”ni tərk etdi – Yeni iş yeri bilindi

Ukraynalı ulduz “Mançester Siti”ni tərk etdi – Yeni iş yeri bilindibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mançester Siti”nin ukraynalı ulduzu Aleksandr Zinçenko klubunun düşərgəsini tərk edib.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi “Twitter” hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Mənbə sol cinah müdafiəçisinin London “Arsenal”ına keçəcəyini və müddəti 2026-cı ilin iyununa qədər olan müqaviləyə imza atacağını açıqlayıb. “Topçular”ın bu transferə görə “şəhərlilər”ə 30 milyon avro ödəyəcəyi vurğulanıb.

Xatırladaq ki, Zinçenko “Mançester Siti”yə 2016-cı ildə Rusiyanın “Ufa” klubundan transfer olunmuşdu. 2016/2017 mövsümünü icarə əsasında PSV-də keçirən Aleksandr Mançester klubunun forması ilə ümumilikdə 127 matça çıxaraq 2 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Zinçenko Xosep Quardiolanın rəhbərliyi altında 4 dəfə İngiltərə Premyer Liqasının qalibi olub.