Dünya

“Ukraynalılara cəcarət, güc arzulayıram”  Lukaşenko Ukraynanı təbrik edib

“Ukraynalılara cəcarət, güc arzulayıram” – Lukaşenko Ukraynanı təbrik edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynadakı müharibədə Putinin ən yaxın dəstəkçisi hesab olunan Belarus lideri Aleksandr Lukaşenko Ukraynanı Müstəqillik Günü münaisbətilə təbrik edib.

7Times.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Lukaşenkonın internet səhifəsində təbrik məktubu yerləşdirilib.

Həmin məktubda qeyd olunub ki, Belarus bundan sonra da qonşu ölkə Ukraynayla dostluq əlaqələrinin qorunub saxlanmasına çalışacaq: “Əminəm ki, hazırda iki ölkə arasındakı ziddiyyətli məqamlar xalqlarımız arasında çoxəsrlik səmimi, mehriban, qonşuluq münasibətlərinə təsir göstərməyəcək. Belarus qonşulluq münasibətinin qorunub saxlanması, qarşılıqlı hörmətə əsaslanan təmasların inkişafının tərəfdarı olmaqda davam edəcək”.

Təbrik məktubunun sonunda Lukaşenko ukraynalılara əminamanlıq, cəsarət, güc və bərpa işlərində uğurlar arzulayıb.