Dünya

Ukraynalıların 57%-i Zelenskiyə güvənir – SORĞU

Ukraynalıların 57%-i Zelenskiyə güvənir – SORĞUbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun 2025-ci ilin fevral ayının birinci yarısına olan məlumata görə, ukraynalıların 57%-i prezident Volodimir Zelenskiyə güvənir.

 

7Times.az UNİAN-a istinadən xəbər verir ki, 2025-ci il fevralın 4-dən 9-dək adıçəkilən institut tərəfindən sorğu keçirilib.

 

Sorğunun nəticələrinə görə, respondentlərin 37%-i Ukrayna prezidentinə inanmır. Regionlar üzrə götürdükdə Zelenskiyə güvən Ukraynanın mərkəzində ən yüksək səviyyədədir. Burada güvən 62%-dir. Ukraynanın qərbində bu rəqəm müvafiq olaraq 57%,  cənubda – 55%, şərqdə – 55% təşkil edir.

 

Eyni institut tərəfindən 2024-cü ilin dekabrında keçirilən sorğuda Zelenskiyə etimad səviyyəsi 52% idi. 2022-ci ilin fevralında keçirilən rəy sorğusuna görə isə güvən 37% faiz təşkil edirdi.

 

Qeyd edək ki, həm Rusiya, həm də ABŞ Ukraynada yeni prezident seçkilərinin keçirilməsini istəyir. Rusiya Zelenskinin səlahiyyət müddətinin 2024-cü ildə başa çatmasını əsas gətirərək hətta onu legitim hesab etmir.