Dünya

“Ukraynanın əks-hücum əməliyyatına başlaması üçün daha çox silaha ehtiyacı var” – Duda

“Ukraynanın əks-hücum əməliyyatına başlaması üçün daha çox silaha ehtiyacı var” – Dudabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ordusunun müharibədə balansı dəyişmək üçün hələ ki, kifayət qədər silahı yoxdur.

“AzPolitika.info” xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda ABŞ-ın “TheWashingtonPost” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukrayna Qərb tərəfdaşlarının uzaq mənzilli artilleriya və digər silah növlərinin tədarükü sayəsində indi Rusiyadan qat-qat müasir hərbi potensiala malikdir.

“Ukraynanın müharibənin gedişatını dəyişmək və nəzarəti ələ keçirmək üçün kifayət qədər silahı varmı? Cavab isə yəqin ki, yox. Onların kifayət qədər silahları yoxdur. Biz bunu onların əks-hücum əməliyyatına başlaya bilməmələrindən bilirik. Bir sözlə,Ukraynanın əks-hücum əməliyyatına başlaması üçün daha çox silaha ehtiyacı var”, – deyə Duda bildirib.

Bundan əlavə, Polşa Prezidenti hesab edir ki, Rusiya Ukraynada nüvə silahından istifadə etməyəcək.

Lakin Dudanın fikrincə, Rusiyanın Ukraynadakı atom elektrik stansiyasında nüvə qəzasına səbəb ola biləcəyi ehtimalı olduqca yüksəkdir:“Mən daha çox Ukraynadakı atom elektrik stansiyaları ilə bağlı potensial problemlərdən narahatam. Qorxuram ki, nüvə qəzası kimi bir şey baş verə bilər. Mənim fikrimcə, atom elektrik stansiyasında partlayış təhlükəsi nüvə silahının istifadəsindən qat-qat yüksəkdir”.