Hərbi

“UKRAYNANIN ƏKS-HÜCUMU QANLI QIRĞINA ÇEVRİLƏCƏK…” – Ağ Evdə bundan narahatdırlar

“UKRAYNANIN ƏKS-HÜCUMU QANLI QIRĞINA ÇEVRİLƏCƏK…” – Ağ Evdə bundan narahatdırlarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ağ Evdə Ukrayna Ordusunun gözlənilən əks-hücumunun qanlı qırğına çevriləcəyini proqnozlaşdırırlar”.

“AzPolitika.info” xəbər verir ki, bunu “The Washington Post” nəşri özünün ABŞ hökumətindəki mənbələrinə istinadla yazıb.

Ağ Evin açıqladığı məlumata görə, son həftədə Rusiyanın Ukraynada ölü və yaralı olaraq itkiləri kəskin şəkildə artıb. Ümumilikdə isə dekabr ayından bu yana Ukraynada gedən döyüşlərdə 20 min rus hərbçisi həlak olub, 80 min nəfər isə yaralanıb. Bu itkilərin böyük hissəsi Baxmut istiqamətində baş verib. Ağ ev Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi bildirib ki, bu müddət ərzində həlak olan 20 min Ruisya hərbçisinin təxminən yarısı “Vaqner” üzvləri, xüsusilə də müharibəyə cəlb olunmuş məhbuslardır.

Qəzet yazır ki, ABŞ rəhbərliyində onsuz da qanlı döyüşlərlə müşaiyət olunan Rusiya-Ukrayna müharibəsinin Ukrayna Ordusunun əks-hücumu nəticəsində daha qanlı qırğına çevriləcəyindən narahatdırlar.

The Washington Post” fevral ayında mətbuata sızan məlumatlara istinadla bildirir ki, müharibə başlayandan bu yana 42.500 Rusiya hərbçisi və 17 minədək Ukrayna hərbçisi həlak olub. Lakin bu rəqəmlərin real həqiqəti əks etdirməsinə şübhə ilə yanaşılır, çünki itkilər dəfələrlə daha böyükdür.

Qəzetə açıqlama verən amerikalı mütəxəssis Rob Li bildirib ki, Rusiya ordusu qış hücumu zamanı xüsusilə Baxmut, Uqledar, Maryinka və Kremennaya istiqamətində böyük itkilər verib. Bundan çıxış etdikdə, belə nəticə çıxır ki, hücuma keçəcək Ukrayna Ordusu da eyni itkilərlə üz-üzə qala bilər.