Ukraynanın NATO-ya üzv olmaq ərizəsi artıq 11 ölkə tərəfindən dəstəklənib.
7Times.az xəbər verir ki, bu barədə Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak məlumat verib.
“Biz Ukraynanın NATO-ya daxil olması prosesinə başlayırıq və onu sona çatdıracağıq. Rəsmi müraciətimiz artıq NATO-nun Brüsseldəki mənzil-qərargahındadır. Ərizəmiz Kanada, Polşa, Slovakiya, Çexiya, Rumıniya, Litva, Estoniya, Latviya, Xorvatiya, Monteneqro, Şimali Makedoniya da daxil olmaqla, 11 ölkə tərəfindən açıq şəkildə dəstəklənib”, – deyə PA rəhbəri “Telegram”da yazıb.
Qeyd edək ki, NATO-ya üzv olmaq üçün alyansa üzv olan 30 ölkənin hamısının razılığı lazımdır.
Follow @7timesaz