Hərbi

“Ukraynanın Krımı geri ala biləcəyini bilmirəm” – Dudadan qalmaqallı açıqlama

“Ukraynanın Krımı geri ala biləcəyini bilmirəm” – Dudadan qalmaqallı açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Prezidenti Anjey Duda Ukraynanın Krımı azad edə biləcəyini şübhə altına alıb.

7Times.az xəbər verir ki, “Zero” kanalına müsahibə verən Polşa lideri Krımla bağlı sualı cavablandırarkən deyib ki, o, Ukraynanın Krımı geri ala biləcəyini bilmir.

“Ukraynanın Krımı geri alacağını bilmirəm. Amma inanıram ki, Donetsk və Luqanskı geri qaytaracaq”,- deyə Duda qeyd edib.

Duda həmçinin bildirb ki, Krım tarixi səbəblərə görə xüsusi bir yer hesab olunur. O, əlavə edib ki, tarixən bu yerlər uzun müddət Rusiyanın nəzarətində olub.

“AzPolitika.info”