Dünya

Ukraynanın müdafiə naziri az qala əsir düşəcəkmiş – Özü AÇIQLADI

Ukraynanın müdafiə naziri az qala əsir düşəcəkmiş – Özü AÇIQLADIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın müdafiə naziri Aleksey Reznikov Rusiya ordusu tərəfindən müharibənin lap əvvəlində əsir düşə bilərmiş.

Redaktor.az xəbər verir ki, o, bu barədə aprelin 10-da “Ukrayinska pravda”ya müsahibəsində danışıb.

Nazirin sözlərinə görə, o, Ukrayna Müdafiə Nazirliyinin Kiyev vilayətinin Qostomel şəhərində yerləşən və rus paraşütçülərinin böyük enişinin baş verdiyi komanda məntəqəsinə getsəydi, əsir düşə bilərdi.

“Nəzəri cəhətdən, əgər biz ən azı bir-iki gün Qostomelə köçsək, o zaman mən və nazirliyin yarısı ələ keçərdi”, – Reznikov deyib.

O izah edib ki, sonradan Ukrayna Müdafiə Nazirliyinin rəsmiləri Kiyevdən köçməmək qərarına gəlib və şəhərdəki binalara yerləşdiriliblər.