Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın NATO-ya üzvlüyünün ciddi təhlükələr yaradacağını bildirib.
7Times.az TASS agentliyinə istinadən xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkə platformasında paylaşım edib.
“Ukraynanın NATO-ya üzvlüyü Rusiya ilə birbaşa müharibə və üçüncü dünya müharibəsi deməkdir”, – deyə Orban bildirib.
Baş nazir həmçinin Ukraynanın Avropa İttifaqına mümkün üzvlüyü məsələsinə də toxunub. Onun sözlərinə görə, belə bir ssenari “Avropanın mərkəzində cəbhə xəttini münaqişəyə təşviq edəcək”.
“Bu diplomatiya deyil, dəlilikdir. Barut çəlləyinə kibrit atmaq olmaz. Biz onların Avropanı müharibə zonasına çevirməsinə icazə verməyəcəyik”,– deyə Orban əlavə edib.
Xatırladaq ki, daha əvvəl Viktor Orban NATO və Avropa İttifaqının Ukraynanın bu təşkilatlara qəbuluna dair mövqelərinin dəyişdiyini, hətta Polşanın belə məsələyə münasibətini yenidən qiymətləndirdiyini qeyd edib.
Follow @7timesaz