Dünya

Ukraynanın zədələnmiş elektrik stansiyalarını bərpa etmək üçün azı 1,5 milyard dollara ehtiyacı var

Ukraynanın zədələnmiş elektrik stansiyalarını bərpa etmək üçün azı 1,5 milyard dollara ehtiyacı varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın zədələnmiş elektrik stansiyalarını bərpa etmək üçün bu il azı 1,5 milyard dollara ehtiyacı olacaq.

7Times.az xəbər verir ki, bu barədə “Ukrenerqo” milli enerji şirkətinin rəhbəri Volodımır Kudrıtski “Ukrainska pravda” nəşrinin yutub kanalındakı verilişdə açıqlayıb.

“Müxtəlif hesablamalar var, əslində 2024-cü ildən danışsaq, hesab edirəm ki, 1,5 milyard dollar, bəlkə də, daha çox. Söhbət bərpa edilməli olan mövcud generasiyadan gedir”, – o deyib.

Kudrıtskinin sözlərinə görə, mövcud elektrik enerjisi istehsal gücünün təxminən yarısı zədələnib və ya məhv edilib.

“Hazırda istilik elektrik stansiyalarında gücün aşağı olması ilə bağlı həqiqətən tarixi rekordumuz var. Su elektrik stansiyalarında bu zərərlərin miqyası da qlobal xarakter daşıyır. Demək olar ki, zədələnməmiş su elektrik stansiyası qalmayıb”, – “Ukrenerqo” rəhbəri qeyd edib.