Dünya

Ukraynaya bu qədər silah verilib – Şok siyahı

Ukraynaya bu qədər silah verilib – Şok siyahıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın rus işğalçılarının qarşısında çoxqatlı tank əleyhinə müdafiə qurmaq imkanı var.

7Times.az Axar.az-a istinadən xəbər verir ki, bunu “Senzor.net” saytının baş redaktoru Yuri Butusov Feysbuk səhifəsində yazıb.

“Senzor.net”in mənbələrinin verdiyi məlumata görə, 25 yanvar 2022-ci il tarixinə qədər ABŞ və Böyük Britaniya aşağıdakı tədarükləri həyata keçirib:

– 700 ədəd “Javelin” tank əleyhinə idarəolunan raket;

– 2200 ədəd NLAW tank əleyhinə qumbaraatan;

– 200 ədəd BDM hücum qumbaraatanı;

– Avtomatik qumbaraatanlar üçün 40 mm-lik kumilyativ-qəlpəli qumbaralar;

– 12.7 mm-lik zirehdələn-yandırıcı güllələr.

Butusov Ukrayna ordusunun arsenalında olan tank əleyhinə silahların ümumi siyahısını da açıqlayıb:

– 1200 ədəd “Javelin” tank əleyhinə idarəolunan raket;

– 150 ədəddən çox “Javelin” tank əleyhinə idarəolunan raketin buraxılış qurğusu;

– 2200 ədəd NLAW tank əleyhinə qumbaraatan;

– 7800 ədəd “Stuqna” “Korsar”, “Baryer” tank əleyhinə idarəolunan raket;

– 700 ədəd “Stuqna” “Korsar”, “Baryer” tank əleyhinə idarəolunan raketlərin buraxılış qurğusu;

– Tank əleyhinə idarəolunan raket və bombalarla silahlanmış 12 ədəd “Bayraqdar” PUA.

Onun sözlərinə görə, ABŞ-dan ən son 3-cü nəsil tank əleyhinə silahların tədarükü hər gün davam edir:

“Javelin”in tədarüklərinin sayı hər gün artır. Həmçinin, yaxın vaxtlarda Baltikyanı ölkələr və ABŞ-dan yeni “Javelin”lər gətiriləcək. Aydındır ki, müharibə başlayandan sonra tədarükün həcmi xeyli artacaq. NATO təlimatçıları artıq yeni silahlara yiyələnmək üçün çoxlu sayda ukraynalı hərbçiyə təlimlər keçirlər”.