ABŞ Rusiya ilə müharibə şəraitində olan Ukraynaya çoxsaylı yardımlar edir.
7Times.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
Amerikalı liderdən nə üçün ABŞ-ın Ukraynaya da İsrailə etdiyi kimi yardım etmədiyi soruşulub.
Cavabında Tramp deyib ki, əgər o prezident olsaydı, Rusiya ilə Ukrayna arasında hər hansı müharibə başlamazdı:
“Ukraynaya kömək edirəm. Ona çox kömək edirəm. Bu müharibə heç vaxt başlamamalı idi. Əgər mən prezident olsaydım, bu gün Rusiya ilə müharibəniz olmazdı”.
O həmçinin əlavə edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə yaxın günlərdə yaxşı telefon danışığı aparıb.
Lakin Vladimir Putinlə keçirdiyi son telefon danışığından məyus olduğunu da xüsusi qeyd edib.
Follow @7timesaz