Dünya

“Ukraynaya hərbi yardımımız artıq tükənib” – Blinkendən etiraf

“Ukraynaya hərbi yardımımız artıq tükənib” – Blinkendən etirafbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynaya hərbi yardımımız artıq tükənib. İndi hətta döyüş meydanında bunun nə demək olduğuna dair bəzi sübutlar da görürük”.

“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonda NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında bildirib.

Başqa maliyyə mənbələrinin olmadığını vurğulayan Blinken, Konqresi ABŞ Prezidenti Co Baydenin Kiyevə yardım tələbini təsdiqləməyə çağırıb.

“Bunsuz, sadə dillə desək, ukraynalılara etdiyimiz yardımlar da daxil olmaqla, hər şey risk altında olacaq”,-deyə o bildirib.

Xatırladaq ki, ABŞ rəsmiləri Ukraynaya dəstək fondlarının ötən ilin sonundan tükəndiyini bildiriblər. Ağ Ev etiraf edib ki, Konqres yeni maliyyə yardımını təsdiq edənə qədər Kiyevə silah- sursat tədərükü mümkün olmayacaq.