Dünya

“Ukraynaya lazım olan hər şeyi verməkdən başqa seçimimiz yoxdur” – Çexiya Prezidenti

“Ukraynaya lazım olan hər şeyi verməkdən başqa seçimimiz yoxdur” – Çexiya Prezidentibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bizim Ukraynaya öz suverenliyini və sərhədlərinə nəzarəti bərpa etməsini təmin etmək üçün lazım olan hər şeyi verməkdən başqa seçimimiz yoxdur. Daha az yardım bizim məğlubiyyətimiz olardı”.

“AzPolitika.info” xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin sabiq sədri, Çexiya ordusunun sabiq Baş Qərargah rəisi, general və Çexiyanın hazırkı Prezidenti Peter Pavel İtaliyanın “Corriere della Sera” nəşrinə müsahibəsində deyib.

Pavel vurğulayıb ki, o, Ukraynadakı müharibə ilə bağlı vəziyyəti təkcə hərbi baxımdan deyil, həm də prinsiplər baxımından qiymətləndirir. Onun fikrincə, Rusiyanın qələbəsi digər bənzər rejimlərdə də öz məqsədlərinə güc yolu ilə nail ola biləcəklərinə dair inam yaradacaq və Qərb demokratiyalarının zəifliyinə əminliyi gücləndirəcək.

Bunlarla yanaşı, Çexiya lideri Qərbə xəbərdarlıq edib ki, qarşıdan gələn il Ukrayna üçün ötən ildən də çətin ola bilər: “Əhali üçün çətin olacaq və hazırda Ukraynanı dəstəkləyən ölkələrin qətiyyətsizliyi səbəbindən əhalidə məyusluq hissi daha da artacaq. Təbii ki, bu da əks-hücum əməliyyatlarının davam etdirilməsi üçün o qədər də əlverişli olmayan vəziyyət yaradır”.

Pavel əmindir ki, qış fəsli artıq sənayesini müharibə vəziyyətinə keçirməyi bacaran Rusiyaya özünə gəlmək üçün əlavə vaxt verəcək. Pavel xatırladıb ki, ruslar daha çox iri çaplı silah-sursat, tank istehsal edir və daha çox əsgər toplayır. Kreml həmçinin silah-sursat tədarükü ilə bağlı bir neçə ölkə ilə danışıqlar aparır: “Ukraynaya dəstəyimizi davam etdirmək fürsətini əldən versək, gələn il Moskva üçün daha da əlverişli şərait yarana bilər. Bu il uğurun əsasını qoymaq üçün açar ili idi, gələn il daha çətin olacaq”.