Dünya

Ukraynaya təhlükəsizlik zəmanəti: Daha iki ölkə G7 bəyannaməsinə qoşuldu

Ukraynaya təhlükəsizlik zəmanəti: Daha iki ölkə G7 bəyannaməsinə qoşuldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zelenski Ukraynaya göstərdikləri dəstəyə görə daha bir dövlətə və onun xalqına təşəkkürünü bildirib.

Lüksemburq Ukrayna üçün təhlükəsizlik zəmanəti ilə bağlı G7 (“Böyük Yeddilik”) bəyannaməsinə qoşulub.

Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski özünün “X” səhifəsində yazıb. “Mən Lüksemburqa və onun xalqına ümumi demokratik ideallara və Avro-Atlantik ailəmizin maraqlarına əsaslanan Ukraynaya göstərdikləri sarsılmaz dəstəyə görə təşəkkür edirəm”, – deyə o qeyd edib.

Zelenski daha sonra bildirib ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı G7 bəyannaməsinə Monteneqro da qoşulub. Bu barədə o, prezident Yakov Milatoviçlə görüşdən sonra danışıb.

UNİAN daha əvvəl xəbər verib ki, G7 ölkələri (Yaponiya, Almaniya, Böyük Britaniya, ABŞ, Kanada, Fransa və İtaliya) iyulun 12-də NATO-nun Vilnüs sammitində Ukraynaya dəstək bəyannaməsini qəbul ediblər.

Bu sənəd açıqdır, ona görə də bütün maraqlı ölkələr ona qoşula bilər. Bundan sonra Ukrayna dövlətlərin hər biri ilə konkret təhlükəsizlik təminatları üzrə ikitərəfli danışıqlara başlayacaq və müvafiq ikitərəfli sazişləri imzalayacaq. Artıq ABŞ və Böyük Britaniya ilə belə danışıqlara başlanılıb.

Hazırda bəyannaməyə artıq 27 ölkə qoşulub. Həmin ölkələrə xüsusilə Belçika, Çexiya, Danimarka, Finlandiya, İslandiya, İrlandiya, Niderland, Norveç, Portuqaliya, Rumıniya, İspaniya, İsveç, Bolqarıstan, Yunanıstan, Kosovo, Latviya, Litva, Şimali Makedoniya və Estoniya aiddir.

oxu.az