ABŞ-nin Ukraynaya yardım üçün ayırdığı vəsaitin 70%-i ABŞ-da qalıb.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski Riqada Baltikyanı KİV nümayəndələri ilə söhbəti zamanı deyib.
O, həmçinin Florida qubernatoru Ron DeSantisin Ukraynaya yardım göstərilməsi ilə bağlı tənqidi bəyanatlarına cavab verib.
“DeSantis mövqeyini dəyişə, hərbçilərimizə milyonlar verə bilər. Lakin o və onun kimilər ordumuza maliyyə yardımından imtina etdilər və bunun Ukrayna məsələsi olduğunu vurğuladılar. Biz bu gün ümumi dəyərləri, demokratiyanı müdafiə edirik”, – deyə Zelenski bildirib.
Follow @7timesaz