Ölkə

Ülvi Məmmədov “Ayrı-seçkiliklə mübarizə” mövzusunda beynəlxalq sertifikatlı təlimçi kimi formalaşıb

Ülvi Məmmədov “Ayrı-seçkiliklə mübarizə” mövzusunda beynəlxalq sertifikatlı təlimçi kimi formalaşıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şərq tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanları üçün məhkəmədənkənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxış imkanlarının gücləndirilməsi” üzrə regional layihə çərçivəsində Azərbaycanda ayrı-seçkiliyə qarşı mübarizədə fəal olan Ombudsman Aparatının əməkdaşları və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri üçün Təlimçilərin Təlimi (TOT) yekunlaşıb.

Proqramın sonuncu günü iştirakçılar “Ayrı-seçkiliyə qarşı beynəlxalq standartlar” mövzusunda Avropa Şurasının beynəlxalq eksperti Cənab Besarion Boxaşvili tərəfindən “Gələcək fəaliyyətlər üçün Avropa Şurasının dəstək alətləri ilə tanışlıq” mövsusu ətrafında görüş keçiriblər. Bağlanış mərasimində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Xanım Səbinə Əliyeva, Avropa Şurasının Ayrı-seçkiliyə Qarşı Departamentinin nümayəndəsi Xanım Angela Lonqo və xanım Maja Stojanovic bu sahədə gələcək təlimçilər ilə birgə olub. Sual-cavab sessiyasından sonra onlara “Ayrıseçkiliklə mübarizə” istiqamətində TOT sertifikatı təqdim olunub.

Qeyd edək ki, 8 aydır davam edən layihənin ilk 4 modulu Avropa Şurasının portalında iştirakçılara təqdim olunan dərsliklərin mənimsəməsi ilə başa çatıb. 19-21 iyun tarixlərində Bakıda baş tutab sonuncu modul isə “Metodologiya” adlanıb və iştirakçılar təlimçi kimi formalaşıblar. İlk gün iştirakçıların yenidən bir araya gəlməsi zamanl onlar məqsəd, proqram və metodologiya ilə tanışlıq ediblər.

İştirakçıların gözləntiləri və öyrənmə niyyətləri müəyyənləşib, Qeyri-formal təhsil, onun dəyər və prinsipləri ətrafında müzakirə baş tutub. Daha sonra isə günortayadək “Öyrənmə və öyrənmə üslubları”, “Honey və Mumford öyrənmə üslubları inventarına giriş”, “Təcrübəli öyrənmə dizaynı” adlı təlimlərdə iştirak ediblər. Günün ikinci yarısı “Kolbun təcrübəli öyrənmə dövrü və onun tədris sessiyalarının layihələndirilməsində istifadəsinin təqdimatı”, “Ayrı-seçkilik və Dözümsüzlük”, “Nəzəriyyə və praktikada İnsan Hüquqları Təhsili”, “Təlim dövrünə giriş: təqdimat və müzakirə”, “Təcrübə qruplarına hazırlıq:Təcrübə seminarları üçün mövzuların və komandaların müəyyən edilməsi” adlı sessiyaları baş tutub.

Proqramın ikinci günü iştirakçılar təlim simulyasiya ediblər Avropa Şurasının ekspertləri, təlimçilər onları qiymətləndiriblər.

Sözügedən proqramın iştirakçısı, Azərbaycan Skautlar Assosiasiyasının Baş katibi Ülvi Məmmədov qeyd edib ki, proqram çərçivəsində təlimçi kimi yetişmək onlara xoşbəxtlik nəsib edib və 8 ay davam edən təhsil proqramının təlimçilərinin lütfkarlığı sayəsində çox bilik və bacarıqlar mənimsəyiblər. Təlimçilər üçün Təlim proqramının əsas məqsədi ayrı-seçkiliyin əsas anlayışları və təzahürləri ilə bağlı məsələlərin həllində iştirakçıların öyrənməsinə dəstəkləmək, ayrı-seçkilik qurbanlarına dəstək təklif etmək üçün iştirakçıların bacarıqlarını təkmilləşdirmək, Azərbaycanda ayrı-seçkiliklə mübarizə üzrə başqaları üçün təlimçi kimi çıxış etmək üçün iştirakçıların bacarıqlarını inkişaf etdirməkdir.