Xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Ukrayna Avropa Komissiyasından Ukrayna kənd təsərrüfatı məhsullarının idxalına məhdudiyyətləri aradan qaldıracağını gözləyir.
“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Kuleba “Twitter” səhifəsində yazıb.
“Ukrayna gözləyir ki, Avropa Komissiyası öz sözünü tutacaq və Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracına qoyulan bütün məhdudiyyətləri aradan qaldıracaq”, – Ukrayna diplomatiyasının rəhbəri vurğulayıb.
O əlavə edib ki, Ukrayna üçün davamlı məhdudiyyətlərin heç bir forması məqbul deyil, “çünki bu, vahid bazar prinsiplərini, Assosiasiya sazişini və Aİ öhdəliklərinə etimadı sarsıdacaq”.
Qeyd edək ki, məhdudiyyətlərin müddəti bu gün başa çatır, lakin bəzi dövlətlər, o cümlədən, Polşa və Macarıstan bu embarqonu davam etdirmək niyyətindədirlər.
Follow @7timesaz