Dünya

“Ümumdünya müsəlman şəxsiyyəti” mükafatına Ərdoğan layiq görüldü…

“Ümumdünya müsəlman şəxsiyyəti” mükafatına Ərdoğan layiq görüldü…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Koronavirus əleyhinə peyvəndin hazırlanmasında əhəmiyyətli rolu olan türkiyəli alim və həyat yoldaşına isə “Müsəlman sağlamlıq mütəxəssisləri” mükafatlarını təqdim ediləcək…
Nigeriyanın “Muslim News Nigeria” (“Nigeriyanın müsəlman xəbərləri”) qəzeti redaksiyası 2020-ci ilin “Ümümdünya müsəlman şəxsiyyəti” mükafatını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim etmək qərarına gəlib.
7Times.az Moderator.az-a istinadən  xəbər verir ki, “Anadolu” agentliyinin yaydığı məlumata görə, bu barədə qəzetin redaktoru Rəşid Əbubəkər sosial şəbəkələrdə yazıb.
O, yazını # MNAwards2020 həştəqi ilə paylaşıb və 2020-ci ilin “Ümumdünya Müsəlman şəxsiyyəti” mükafatının  sentyabrın 18-də Laqos şəhərində təqdim ediləcəyini bildirib.
Əbubəkər Ərdoğanın “Türkiyənin milli gücünü və iqtisadiyyatını” gücləndirdiyini vurğulayıb.
“Prezident Ərdoğan humanitar məqsədlər irəli sürür və dünya miqyasında müsəlmanların hüquqlarını müdafiə edir” – deyə qəzet redaktoru qeyd edib.
Nigeriyalı jurnalist qəzetin koronavirus əleyhinə peyvəndin hazırlanmasında əhəmiyyətli rolu olan türkiyəli alim Uğur Şahinə və həyat yoldaşı Özlem Tureciyə “Müsəlman sağlamlıq mütəxəssisləri” mükafatlarını təqdim etmək niyyətində olduğunu da açıqlayıb.
Türk futbolçu Mesut Özil isə “Dünyaca məşhur müsəlman” mükafatına layiq görüləcək.