Hadisə

Uşağın oğlan olmasını istəyən hamilə qadın mollaya getdi: Dəhşətli hadisə ilə üzləşdi – FOTOlar

Uşağın oğlan olmasını istəyən hamilə qadın mollaya getdi: Dəhşətli hadisə ilə üzləşdi – FOTOlarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanda saxta mollanın addımı hamını heyrətə gətirib.

7Times.az  Metbuat.az-a istinadən xəbər verir ki, 3 qız anası olan qadın 4-cü dəfə hamilə qalandan sonra oğlan uşağı arzulayıb. İddialara görə, əri qadına deyib ki, 4-cü uşaq da qız olsa, o boşanacaq. Buna görə də, qadın 4-cü uşağın oğlan olması üçün yerli sakinlər arasında “şəfa verən” kimi tanınan saxta dindara müraciət edib. Saxta dindar qadını inandırıb ki, o baş nahiyyəsinə mismar vursa oğlan uşağı dünyaya gətirəcək.

Qadın buna inanıb və baş nahiyyəsinə mismar vurulmasına razılıq verib. Lakin saxtakar mismarı dərinə vurduğuna görə, qadın xəsarət alıb. O xəstəxanaya yerləşdirilib. Polis isə saxtakarı axtarır.