Rusiya prezidenti Vladimir Putin pedofil-residivlərə ömürlük həbs cəzası haqqında qanunu imzalayıb.
Müvafiq sənəd hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.
İki və ya daha çox uşağa qarşı cinayət törətmiş şəxslərə və bu, başqa ağır və ya xüsusilə ağır cinayətin törədilməsi ilə əlaqəli olduqda ömürlük azadlıqdan məhrum etmə cəzası da tətbiq ediləcək.
Xatırladaq ki, qanun layihəsi 2021-ci ilin sentyabrında Kuzbassda iki 10 yaşlı qızın öldürülməsi ilə əlaqədar ictimai qəzəbdən sonra təqdim edilib. Medicina.az
Follow @7timesaz