Uşaqlar üçün Omikron təhlükəsi: yoluxma artdı

Uşaqlar üçün Omikron təhlükəsi: yoluxma artdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Afrika Respublikasında (CAR) 5 yaşından aşağı uşaqlarda Omikron ştammına yoluxma sayında artım müşahidə edilib.

7times xəbər verir ki, bunu Cənubi Afrika Milli Yoluxucu Xəstəliklər İnstitutunun nümayəndəsi Vaasila Cassat deyib.

O bildirib ki, azyaşlılarda Omikrona yoluxma sayının kəskin artması narahatlığa səbəb olub:

“Hazırda pandemiya ilə bağlı xəstəxanalara müraciət 60 yaşdan yuxarı insanlardadır. İkinci yerdə isə 5 yaşından aşağı uşaqlarla bağlı müraciətdir. Bu artım daha əvvəl gördüklərimizdən çox fərqlidir”.Axar.az