Futbol sözsüz ki,hamımızın uşaqlıq xatirələrində əvəzsiz yer tutur.
7Times.az sizlər üçün bu şirin nastalji xatirələrin unudulmaz futbol qaydaları barədə bir siyahı hazırlayıb.
Uşaqlıq futbolumuzun ən papulyar qaydalarını aşaqıdakı kimi sıralamışıq.
1- Kök insan həmişə qapıçı olur.
2- Futbol ancaq bütün oyunçular yorulduqda bitərdi
3- Hakim yoxdur, hamı hakimdir
4- Yalnız qayda pozuntusu ciddi olduqda cəza olurdu.
5- Topun sahibi əsəbiləşərsə, matç bitirdi.
6- Ən yaxşı 2 oyunçu eyni komandada oynuya bilməz, ona görə də hər kəs öz oyunçularını seçərdi.
7- Ən zəiflər ən sonda seçilərdi.
8- Meydanın ən yaxşı oyunçusu top sahibi ilə eyni komandada deyilsə, oyun çox gec başlayardı.
9. Mərkəz olmazdı.Top havaya atılır və oyun başlayırdı.
10. 3 künc zərbəsi 1 penalti hesab edilirdi.
11. Hesab bərabər olarsa, qol vuran qalib gəlir.
Yeni nəsil çox şey itirdi, çox şey……! Bəlkə də top və ya ayaqqabı almağa pulumuz yox idi, amma and içirəm ki, biz daha dinc, daha şən, daha gülərüz, daha insan idik, nə istədiyimizi bilən idik.
Vüsal Fərzəliyev.
Follow @7timesaz