Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-la bağlı xəbərdarlıq edib.
7times.az xarici KİV-ə istinadən xəbər verir ki, təşkilatın nümayəndəsi Melita Vuynoviç yaxın bir neçə ayda kritik dövrə qədəm qoyacaqlarını söyləyib.
“Qlobal mənada biz kritik dövrdəyik, xüsusən, Şimal yarımkürəsində”- deyə o söyləyib.
Vuynoviç yaxın bir neçə ayın çox ağır keçəcəyini, virusa yoluxanların sayının artacağını lakin ümumilikdə, ölü sayının kəskin artmayacağını dilə gətirib.
Xatırladaq ki, koronavirusa yoluxanların sayı 46 milyonu keçib. Ötən dövr ərzində 1,2 milyon insan virusun qurbanına çevrilib.modern.az
Follow @7timesaz