Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı “Sputnik V” vaksininin hazırlanmasına görə Rusiyaya təşəkkürünü bildirir.
Trend-in məlumatına görə, bunu ÜST-ün Avropa regional bürosunun direktoru Hans Klüge Rusiyanın Səhiyyə naziri Mixail Muraşko ilə görüşü zamanı deyib.
O bildirib ki, ÜST Rusiyanın bu istiqamətdə səylərini yüksək qiymətləndirir.
Qeyd edək ki, Rusiya avqustun 11-də dünyada ilk dəfə olaraq koronavirus vaksinini qeydiyyatna keçirmişdi. Hazırda həmin vaksinin qeydiyyatdan sonrakı yekun sınaqları başa çatmaq üzrədir.
Follow @7timesaz