Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yeni dalğasının yayıla biləcəyi yerləri açıqlayıb.
7Times.Az cebhe.info-ya istinadən xəbər verir ki, bu barədə ÜST-ün proqram direktoru Maykl Rayan danışıb.
O bildirib ki, məktəblər koronavirusa yeni yoluxmaların əsas məkanı ola bilər: “Yeni tədris ilinin başlaması ilə əlaqədar yüksək sayda yoluxma mümkündür”.
O qeyd edib ki, ötən il dünyadakı məktəblərin 43 faizində hətta əl yumaq üçün adi su belə olmayıb. Elementar imkanların olmaması infekisyanın yayılma riskini artırır.
Rayan qeyd edib ki, dünya əhalisinin böyük hissəsi hələ də korinavirusdan qorunmaq imkanında deyil. Buna görə də insanların sıx toplaşdığı yerlərdə olmamağa, qayadalara əməl etməyə çağırıb.
Follow @7timesaz