Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus koronavirusa yoluxmuş şəxslə təmasdan sonra özünü təcrid edib.
Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə ÜST-nin baş direktoru özünün “Twitter” səhifəsində yazıb.
O bildirib: “Müəyyən edilib ki, mən testi (koronavirus – red) müsbət çıxan kiminləsə əlaqədə olmuşam. Özümü yaxşı hiss edirəm, simptomlar yoxdur, amma ÜST protokollarına uyğun olaraq yaxın günlərdə özümü təcrid edəcəyəm və evdən işləyəcəyəm”.
Follow @7timesaz