Rusiyalı milyarderlərin sərvəti ilin əvvəlindən 31 milyard dollar artıb.
7Times.az Rusiya mediasına istinadən xəbər verir ki, sərvəti ən çox artan “Eurochem” və SUEK-in keçmiş sahibi Andrey Melniçenkdur. Onun sərvətinin dəyəri 6,22 milyard dollar artaraq 25 milyard dollara çatıb. Melniçenko rusiyalı zənginlər arasında 6-cı yerdə qərarlaşıb.
Rusiyanın ən varlı 3 zəngini də sərvətini artıra bilib. Bunlardan biri soydaşımız Vahid Ələkbərovdur. Onun sərvəti 2,83 milyard dollar artaraq 27,5 milyard dollara çatıb. Soydaşımız Rusiyanın ən varlı üçüncü şəxsidir.
Siyahıda ilk yerdə Vladimir Potanin (“Norilsk Nikel”in sahibi) dayanır. Onun 32,6 milyard dollar sərvəti var və ilin əvvəlindən sərvətini 1,57 milyard dollar artırıb.
Vladimir Lisin (NLMK) siyahıda ikincidir. Lisinin sərvəti 28,2 milyard dollar çatıb və bu il 4,27 milyard dollar artıb.
Sfera.az
Follow @7timesaz