“Vaqner” Xüsusi Hərbi Şirkətinin silahlı qiyamı Rusiyadakı sabitliyə təsir etməyib”.
7Times.az xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Sergey Lavrov iyunun 30-da keçirdiyi brifinqdə deyib.
O bildirib ki, Qərbdə kiminsə Rusiyadakı sabitliyə şübhəsi varsa, bu, onların öz problemidir: “Qərb Rusiyanın milli maraqlarından narahat olmasın. Biz bütün çətinliklərdən əvvəlkinə nisbətən daha güclü çıxmışıq”.
Nazirin sözlərinə görə, Rusiyada bir çox Qərb liderlərinin adekvatlılığına dair ciddi şübhələr var.
Xatırladaq ki, iyunun 24-də “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb. O, bundan sonra Rusiyada qiyama başlayıb.
Follow @7timesaz