Dünya

“Vaqner”in rəhbəri Sankt-Peterburqda Rusiya-Afrika sammitində görünüb

“Vaqner”in rəhbəri Sankt-Peterburqda Rusiya-Afrika sammitində görünübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “Vaqner” Xüsusi Hərbi Şirkətinin qurucusu Yevgeni Priqojın Sankt-Peterburqda keçirilən Rusiya-Afrika sammitinin iştirakçıları arasında görünüb.

“Report” xəbər verir ki, Mərkəzi Afrika Respublikasında fəaliyyət göstərən “Rusiya evi”nin başçısı Dmitri Sıtının yaydığı foto da bunu təsdiqləyib.

Fotoda Y.Priqojın Afrika dövlətlərindən birinin başçısının əlini sıxır.

Qeyd edək ki, iyunun 24-də Rusiyada qiyama cəhddən sonra onun məskunlaşdığı yer barədə müxtəlif fikirlər səsləndirilib. Hətta onun həbs olunması barədə məlumatlar yayılıb.

“Vaqner” Liviya, Sudan, Somali, Burkino-Faso, Mərkəzi Afrika Respublikası və Malidə çox geniş fəaliyyət göstərib.

Xatırladaq ki, Rusiyanın Sankt-Peterburq şəhərində ikinci Rusiya-Afrika sammiti keçirilir. Tədbir iyulun 28-də başa çatacaq. Toplantıda Afrikanın 54 dövlətindən 17-si iştirak edir. 2019-cu ildə Soçidə keçirilən birinci sammitdə Afrikanın 43 ölkəsi iştirak etmişdi.