Ölkə

Vasif Talıbovun oğlu atasının istefası zamanı kövrəldi – VİDEO

Vasif Talıbovun oğlu atasının istefası zamanı kövrəldi – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Ali Məclisinin bugünkü növbədənkənar sessiyasında Vasif Talıbovun istefası səsə qoyularkən oğlu Seymur Talıbov ağlayıb.

Sfera.az xəbər verir ki, Naxçıvan Televiziyasının sessiyadan hazırladığı qısa reportajda Ali Məclisin üzvü Seymur Talıbovun gözüyaşlı olduğu açıq görünür.

Atasının istefa qərarına o da səs verir – tərəddüdlə və gözüyaşlı sol əlini yarıyadək qaldırır və tez də endirir.

Qeyd edək ki, Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb. Bu gün isə sədr vəzifəsindən istefa verib.

Sözügedən görüntüləri təqdim edirik: