ABŞ paytaxtında, düz Kapitolinin (Konqres binasının) yaxınlığında ölkə gündəmini zəbt edən bir hadisə baş verib.
“AzPolitika.info” «Politico»ya istinadla xəbər verir ki, texaslı respublikaçı konqresmen Henri Kuellar (Henry Cuellar) Kapitoliyə yaxın olan Donanma bağı rayonunda avtomobilini park edərkən silahlı şəxslərin hücumuna məruz qalıb. Şahidlərin məlumatına görə, üç silahlı şəxs konqresmeni təhdid edərək, onun «Honda» markalı avtomobilinə oturub və hadisə yerindən uzaqlaşıbllar.
Kuelların baş qərargah rəisi Yakob Hokberq bazar ertəsi axşam ABC News-a verdiyi açıqlamada avtomobil oğurluğu xəbərini təsdiqləyib. «Bu axşam Konqresmen Kuellar avtomobilini park edən zaman 3 silahlı basqınçı konqresmenə yaxınlaşaraq onun avtomobilini oğurlayıb. Xoşbəxtlikdən o, xəsarət almayıb və yerli hüquq-mühafizə orqanları ilə bu mövzuda əməkdaşlıq edir», – deyə Hokberq qeyd edib.
Qeyd edək ki, bu ilin fevral ayında digər respublikaçı konqresmen, Minnesotanı təmsin edən Endji Kreyq (Angie Craig) Vaşinqtonda yaşadığı mənzildə silahlı şəxslər tərəfindən hücuma məruz qalmışdı.
Follow @7timesaz