Vaxt gələcək ki, ermənilərlə azərbaycanlılar yanaşı yaşamalı olacaq.
APA xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə bildirib.
“Biz buna ümid edirik və baş verməsi üçün hər şey edəcəyik. Ermənilərlə azərbaycanlılar ticarətlə məşğul olmalıdırlar, istisna etmirəm ki, bəzi ermənilər Azərbaycan ərazisində öz evlərinə qayıdacaqlar və bir müddət sonra azərbaycanlılar gəlib Ermənistanda məskunlaşacaqlar”, – Simonyan qeyd edib.
Sülh müqaviləsində buna aid bəndin olub-olmaması ilə bağlı suala cavab verən Simonyan bildirib ki, orada belə bir bəndə rast gəlməyib.
“Sülh müqaviləsi bütünlüklə beynəlxalq prinsiplərə – ərazi bütövlüyünə, kommunikasiyaların açılmasına və s. əsaslanır”, – spiker fikrini yekunlaşdırıb.
Follow @7timesaz