Aktual

“Vaxt olub ki, hamı Şahruddinin adını qışqırıb” – Qurban Qurbanov

“Vaxt olub ki, hamı Şahruddinin adını qışqırıb” – Qurban Qurbanovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Futbolçularımı təbrik edirəm. Bundan sonra irəliyə baxmaq lazımdır”.

7Times.az  xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çexiyada “Viktoriya” (Plzen) komandasına 1:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis komandasında rəqabətin yaxşı olmasını istədiyini bildirib: “Bütün oyunlara hazır olmalıyıq. Abdullah Zubirlə Şahruddin Məhəmmədəliyevin bura çatmağımızda böyük zəhməti var. Hər ikisindən razıyam. Sadəcə, futbol səhvlər üzərində qurulub. Vaxt olub ki, hamı Şahruddinin adını qışqırıb. Üslubuma tam uyğun qapıçıdır. Gənc qolkiperlərimiz də var. Onları hazırlayırıq. Məğlubiyyəti kiminsə üstünə atmaq istəmirik”.

O, yeni transferlər etmək istədiklərini söyləyib: “Danışıq apardığımız oyunçular var. Hələ heç biri ilə anlaşmamışıq. Amma qarşıdakı günlərdə ola bilər. Onların arasında qapıçı yoxdur”.

Baş məşqçi ikinci hissədə zədələnən Riçard Almeydanın durumuna da toxunub: “Topuğu burxulub. Bir az şiş və ağrı var. Ona görə davam edə bilmədi. Çox yaxşı oyun göstərdi. Bəlkə onun meydanı tərk etməsinin də məğlubiyyətdə rolu oldu. Amma digər futbolçular da pis oynamadılar”.

Qeyd edək ki, “Qarabağ” mübarizəni UEFA Avropa Liqasının qrup mərhələsində davam etdirəcək./Report