Maqazin

“Vaxtı gələndə hər birinizə xatırladacam” – Lalə şou-biznes dostlarını sildi

“Vaxtı gələndə hər birinizə xatırladacam” – Lalə şou-biznes dostlarını sildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hər zaman dostlarımın yanında oldum. Təbii ki, pis günlərində. Söhbət şou-biznes dostlarından gedir. İstər efir, istərsə də 12 ildən artıq şou-proqram cəhətdən. Amma çoxlarının əlləri bəzi yerlərə çatdıqdan sonra çox dəyişilənlər və mənim ehtiyacım olduğu zaman sınaqdan keçirdiklərim, yanımda olmayanlar oldu”.

7Times.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Lalə Əlimuxtarova sosial şəbəkədə yazıb. O, həyatından bir çox dostlarını çıxardığını qeyd edib:

 

 

“Çox uzatmayacam. Bir kəlmə, mənə yalandan dost deyənlər! Artıq mən sizə dost deyiləm. Anladım ki, çoxunuzun yanında səhvən olmuşam və dost demişəm. Sayılı və etibar edəcəklərim, dəyərlilərim də var. Onlar var idi və olacaqlar da. 90%-niz artıq silindiniz. Çünki nəyinsə dostu oldunuz, təmənna güddünüz… Vaxtı gələndə hər birinizə xatırladacam. Çünki heç nə bu həyatda əbədi deyil”.